vaxtdna kenarSORGU Azərbaycan qazının nəqlini nəzərdə tutan IGB-nin istismar vaxtı məlum oldu

Azərbaycan qazının nəqlini nəzərdə tutan IGB-nin istismar vaxtı məlum oldu

9 messages.03 08:26 - 2020 İqtisadiyyat

Azərbaycandan Bolqarıstana ildə 1 milyard kubmetr qaz nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarının başlanması 2021-ci ilin ikinci rübündə gözlənilir.

 

Buta.ws xəbər verir ki, bu barədə Trend-ə "IGB" layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

 

O qeyd edib ki, interkonnektorun tikintisinə 28 oktyabr 2019-cu ildə başlanılıb və tikinti işləri 18 ay davam edəcək.

 

T.Georgiyevanın sözlərinə görə, boru kəmərləri bölmələrinin qəbulu və saxlanması üçün nəzərdə tutulmuş ilk boru anbarı, həmçinin Bolqarıstan ərazisində trass düşərgəsi artıq hazırdır və artıq kinci boru anbarı tikilir.

 

"Bolqarıstanda interkonnektor marşrutu boyunca ərazinin təmizlənməsi davam edir. 26 fevral 2020-ci ilə qədər ümumi uzunluğu 17,682 min metr olan Bolqarıstan sahəsindəki kəmər üçün nəzərdə tutulmuş 1,224 min boru ölkəyə gətirilib", - icraçı direktor deyib.

 

O bildirib ki, layihə üzrə əsas tenderlər artıq başa çatıb və müqavilələr imzalanıb.

 

Qeyd edək ki, IGB interkonnektoru Bolqarıstana "Şahdəniz-2" yatağından əldə edilən Azərbaycan qazını almağa imkan verəcək. IGB "Şahdəniz" yatağının ikinci mərhələsindən qazın Avropa bazarlarına çıxarılacağı TAP ilə birləşdiriləcək.

 

Birinci mərhələdə qaz kəmərinin ötürücülük qabiliyyəti 3 milyard kubmetr qaz təşkil edəcək ki, bunun da 2,7 milyard kubmetri uzunmüddətli bazarlara, 0,3 milyard kubmetr həcmində qalan pay isə qısamüddətli bazarlara yönəldiləcək.

 

İkinci mərhələdə bazarın inkişafından asılı olaraq, boru kəmərinin ötürücülük qabiliyyəti əlavə kompressor stansiyası sayəsində 5,3 milyard kubmetrə qədər artırıla bilər ki, bunun da 4,5 milyard kubmetri uzunmüddətli bazarlara, 0,5 milyard kubmetri isə qısamüddətli bazarlara yönəldiləcək.