SORGU ABŞ-da yeniyetmələr qızı vəhşicəsinə döydü - <font color=red> VİDEO</font>

ABŞ-da yeniyetmələr qızı vəhşicəsinə döydü - <font color=red> VİDEO</font>

9 Mart 09:12 - 2020 Dünya

ABŞ-ın Nyu-York ştatında bir qrup yeniyetmə hamının gözü önündə 15 yaşlı qızı vəhşicəsinə döyüb.

 

“Mail Online” xəbər verir ki, kadrlarda bir neçə oğlanın qızı mühasirəyə alaraq döyməyə başladığını görmək olar.

 

Onlar yerə yıxılan qızı təpiklə vurmağa davam edirlər. Həmin qrupa yeni adamlar qoşulur.

 

Sonda qrup hadisə yerindən qaçaraq uzaqlaşır.

 

Qız müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.