vaxtdna kenarSORGU "Qara Bazar ertəsi"ndən sonra qonşu ölkələrin valyutaları çökür

"Qara Bazar ertəsi"ndən sonra qonşu ölkələrin valyutaları çökür

9 messages.03 11:46 - 2020 İqtisadiyyat

Bu gün neftin qiymətinin kəskin ucuzlaşmasından sonra maliyyə bazarlarında kəskin dəyişiklik baş verib. Mütəxəssislər buna "Qara Bazar ertəsi" adını verib. 

 

Buta.ws Baku.ws-ə istinadən xəbər verir ki, "Qara Bazar ertəsi"ndən sonra türk lirəsi dollara nisbətdə 1% ucuzlaşıb.

 

Cümə günü 6.07 səviyyəsinə qədər enən Dollar/TL bu gün 6.2027 səviyyəsinə yüksəlib.

 

Neftin ucuzlaşması Rusiya milli valyutasını da kəskin ucuzlaşdırıb. Beynəlxalq valyuta bazarında Dollar/RUB 68, 547 səviyyəsindən 73, 227 səviyyəsinə yüksəlib.

 

Avro/RUB cütlüyü isə 77, 352 səviyyəsindən 83, 661 səviyyəsinə yüksəlib. Hər iki valyutaya nisbətdə rublun ucuzlaşması tendensiyası davam edir. 

 

İran realı isə 1 ABŞ dollarına nisbətdə 42,000 səviyyəsindədir. İran valyutası da son zamanlar dəyər itirməkdədir. 

 

Gürcüstan valyutası isə digər valyutalara nisbətdə dollara qarşı 2,7760 səviyyəsindən 2,7635 (-0,45%) səviyyəsinə enib.