vaxtdna kenarSORGU “Manatın devalvasiyası əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq”

“Manatın devalvasiyası əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq”

9 messages.03 16:41 - 2020 İqtisadiyyat

“Devalvasiyaya gəlincə, əvvəlki təcrübədən bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin uzun müddətli dövrdə onun qarşısını ala bilməz. Odur ki, hesab edirəm ki, Mərkəzi Bank və ya Maliyyə Sabitliyi Şurası bu gün toplaşıb yaranmış vəziyyətlə bağlı həll planlarını özündə əks etdirən bəyanat verməlidir. Eyni zamanda bu açıqlamada digər banklara neqativ təsirləri azaltmaq üçün AtaBank müştərilərinin probleminin həlli yolunu da göstərməlidir. Əks təqdirdə yaranmış ajiotaj bankları çıxılmaz vəziyyətə sala bilər.

 

Ehtimallara görə, manatın devalvasiyası baş verərsə o əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq. Hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir. Odur ki, bankda manatla olan əmanəti və nağd vəsaiti idarəetməyin 5 yolu vardır.

 

1) Manatla olan əmanəti dollara çevirmək, bu halda faiz gəlirlərinin fərqindən itkilərlə üzləşsələr də vəsaitlərini əksəriyyət tam və bəziləri isə qismən qoruya biləcəklər. Çünki bu dalğada da bağlanan və ya birləşən banklar olacaq.

 

Qısa və orta müddətli dövrdə az risklidir, uzunmüddətli dövrdə risklidir.

 

2) Əmanətləri geri çəkmək, eləcə də əldə olan nağd vəsaiti daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, hazırda qızıla sərmayə daha etibarlı hesab olunur və yaxud da ucuzlaşan əmlak, mülk, torpaq almaq. Amma nəzərə alın ki, bu bazarlarda uğur qazanmaq üçün də sərmayəni düzgün zamanında yerləşdirmək və qazancları uzun müddətli dövrə gözləmək lazımdır.

 

Qısa və orta müddətli dövrdə risklidir, uzun müddətli dövrdə az risklidir.

 

3) Manatla geri çəkilən vəsaitləri dollara dəyişib bankların seyflərində saxlamaq. Bu variant daha sadədir, etibarlıdır, əlavə gəlir yaratmır, yalnız mövcud olan vəsaiti qorumağa xidmət edir.

 

Bütün dövrlərdə az risklidir.

 

4) Manatla olan əmanətləri olduğu kimi saxlamaq.

 

Qısa müddətli dövrdə az risklidir, orta və uzunmüddətli dövrdə çox risklidir.

 

5) Vəsaiti dollara çevirib beynəlxalq səhm bazarlarında yerləşdirmək.

 

Qısa və orta müddətli dövrdə çox risklidir, uzunmüddətli dövrdə az risklidir.

 

Seçim variantları budur, qərarı özünüz verin”,- deyə alim təkliflərini təqdim edib.