vaxtdna kenarSORGU Valideynlərə uşaqları ilə bağlı koronavirus xəbərdarlığı - <font color=red> RƏSMİ - VİDEO</font>

Valideynlərə uşaqları ilə bağlı koronavirus xəbərdarlığı - <font color=red> RƏSMİ - VİDEO</font>

10 messages.03 10:45 - 2020 Cəmiyyət

Artıq hər kəsə bəllidir ki, Nazirlər kabineti yanında Operativ qərargah təhsil müəssislərində martın 27-nə qədər tədrisin dayandırılmasına qərar verib. Lakin bəzi valideynlər bu tətildən istifadə edərək övladlarını istirahət mərkəzlərinə, kütləvi tədbirlərə aparır.

 

Buta.ws ATV-yə istinadla xəbər verir ki, mütəxəssislər bunun doğru olmadığını deyir.

 

Valideynlərə daha nələr tövsiyyə edilir? 

 

“Təhsil müəssislərinin fəaliyyətinin müvəqqəti dayandırılmasından istifadə edib valideynlər uşaqları əyləncə mərkəzlərinə, insanların kütləvi toplaşdığı yerlərə aparmamalıdır”.

 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyir ki, tədris elə uşaqların bir birindən ayrı olması, təmasını aradan qaldırmaq məqsədilə müvəqqəti olaraq dayandırılıb.

 

Səhiyyə nazirliyinin baş pediatırı Nəsib Quliyev valideynlərə uşaqları hələki daha çox ev şəraitində saxlamalarını tövsiyyə edir.

 

Onun sözlərinə görə həmin müddətdə məktəblilər ev tapşırıqları ilə məşğul olmalıdır.

 

Nəsib Quliyev onu da bildirdi ki, dünya təcrübəsinə əsasən azyaşlılar koronavirus xəstəliyinə nadir hallarda tutulur. Lakin hər bir halda valideynlər diqqətli olmalı və uşaqları kütləvi yerlərdən uzaq tutmalıdır.

 

Xatırladaq ki, təhsil müəssisələrində tədris martın 27-ə qədər dayandırılıb.