KESDEN GELIR IF OLAN HISSE
SORGU <font color=red>Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında iştirak edir </font>

<font color=red>Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında iştirak edir </font>

10 messages.03 11:54 - 2020 Siyasət

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

 

Buta.ws AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

 

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

X X X

İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.

 

Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

X X X

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

 

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyir.