SORGU Ərini ilk dəfə toy gecəsi görən ƏMƏKDAR ARTİST: <font color=red> Onda mənim heç... - FOTO</font>

Ərini ilk dəfə toy gecəsi görən ƏMƏKDAR ARTİST: <font color=red> Onda mənim heç... - FOTO</font>

10 Mart 14:23 - 2020 Maqazin

"Yəqin, zamanında qapınıza çox elçilər gəlib?!"

 

Buta.ws Milli.Az-a istinadən xəbər verir ki, bu sualla "Şou ATV"də Nanə Ağamalıyeva qonağı olan Əməkdar artist Mətanət İsgəndərlinin atası Məhəmmədəli İsgəndərliyə müraciət edib.

 

Atası Mətanətlə bağlı peşmançılığını efirdə etiraf edib:

 

"Çox, çox... 4 qızın ola, elçilərin olmaya?! Birini vermirsən, o birinə qız özü "atkaz" gedir. Siftə xam olmuşam, bunu (Mətanəti işarə edir - red) vermişəm. Cavan idim də, nə yaşım var idi onda mənim. Nə bilirdim elçilik nədir, verdik getdi. Ancaq, o biri qızlardan soruşmuşam getmək istəyib istəmədiklərini. Mətanəti verəndə soruşmadım heç".

 

Əməkdar artist atasının sözlərini təsdiqləyərək həyat yoldaşını toy günü gördüyünü açıqlayıb:

 

"Mən görmədiyim, bilmədiyim bir adama ərə getdim. O vaxt başqa dövür idi. Onda mənim heç 18 yaşım tamam olmamışdı".