SORGU Ayselin intiharı ilə bağlı Nurlan Libre və həyat yoldaşı prokurorluğa çağırılıb

Ayselin intiharı ilə bağlı Nurlan Libre və həyat yoldaşı prokurorluğa çağırılıb

10 Mart 20:55 - 2020 Ölkə

Feminist Aysel Ələkbərzadənin intihara cəhd etməsi faktı ilə bağlı Nurlan Libre və həyat yoldaşı Əsli Əlizadə prokurorluğa çağırılıblar.

 

Buta.ws APA-ya istinadən xəbər verir ki, bu barədə Nurlan Libre özünün "Facebook” səhifəsində məlumat paylaşıb.

 

O bildirib ki, həyat yoldaşı Əsli Əlizadə ilə birgə Yasamal rayon Prokurorluğuna çağırılıblar.

 

Qeyd edək ki, bu gün səhər saatlarında feminist gənc, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə yaşadığı binanın ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunur ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb.

 

A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.