Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227

Bakıda cinsi əlaqə azadlığı istəyən Aysel niyə intihar etmək istədi... - ARAŞDIRMA - FOTO

"Mənə nə ki, kim bakirədir?! İstəyir yüz kişi, min kişi, on min kişi ilə yatsın. Mən kiməm ki, kiminsə ayaq arasına qarışım?! Bütün Feysbuk məndən danışır, amma burada durmuşam. Kiminsə bakirə olmaması da mənə xoşdur".

 

Bunu martın 8-də Bakının mərkəzində yerli femininasistkaların keçirməyə çalışdıqları "8 Marş" aksiyasının ən fəal iştirakçılarından biri Aysel Ələkbərzadə Facebook profilindəki canlı yayım videosunda demişdi.

 

24 yaşlı A.Ələkbərzadə intihar etməyə çalışıb.

 

Hadisə paytaxtın Yasamal rayonunda baş verib. A.Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

 

A.Ələkbərzadə, nə qədər acı və paradoksal olsa da, sadəcə psixoloji sarsıntı, depressiya, sosial şəbəkələrdə çox sərt tənqid olunduğuna görə intihara cəhd etməyib.

 

Faceboork-da canlı yayıma damağında siqaret, əlində pivə çıxan bu gənc xanım özü də etiraf edir ki, "gündəm"də qalmağı sevir.

"O plakatamı hamı paylaşır. Reklam və ya antireklam, fərq etməz, hamı məndən danışır", - deyən A.Ələkbərzadə Nurlan Libre və onun həyat yoldaşı Əsli ilə şəxsi münaqişə, mübahisə və hətta söyüşlər nəticəsində sən demə, dərin sarsıntı keçiribmiş.

 

Jurnalist olduğunu iddia edən Nurlan Libre isə yerli femininasistkaların "mənəvi ana"larından biri olan Günel Mövluda "asi" düşüb. O, Facebook profilində yazıb: "Günel Möludun tırkasına gedib, beldən yuxarı qalxmaq istəmirsiz, xanımlar. Günel xanım seks inqilabı mövzusunda köşələr yazanda çoxumuz məktəbdə oxuyurduq. Metodikası bir işə yarasaydı Avropaya qaçmadı. Öz nəslinin aydınlıq hərəkatının içinə ... qoyub zatən. Onun ritorikası ilə davam etsəz marjinal hərəkata dönüşəcəksiz".

 

Aysel Ələkbərzadənin intihar cəhdi əslində Azərbaycandakı femininasistlərin əsl simasını göstərən olaydır.

 

Aysel kimi xanımları küçələrə çıxmağa kim təhrik və vadar etmişdi? Kim onları cəmiyyətdə sərt tənqidlərə, sosial şəbəkələrdə amansız və haqlı iradlara tuş etmişdi?

 

Aysel Ələkbərzadənin intihar cəhdinə görə kim və kimlər məsuliyyət daşımalıdır, daşıyacaq da?

 

Suallar çoxdur.

"8 Marş" aksiyasının "mənəvi ana"ları statusunu qəsb edən frilanser Xədicə İsmayılla şairə Günel Mövlud Bakı küçələrinə mümkün qədər çox xanımı feminizmin yerli, absurd və iyrənc inikasına çevrilmiş femininasizm şüarları ilə çıxarmaq üçün əllərindən gələni etmişdilər.

 

G.Mövlud boyu boyda vagina rəsmi ilə şəkil çəkdirərək həmin fotonu sosial şəbəkələrdəki profillərində paylaşmışdısa, X.İsmayıl Facebook profilində canlı yayımları retranslasiya edirdi.

 

Deputatlığa sabiq namizəd Rəbiyyə Məmmədova və Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsini təhqir edən tələbə, "psixoloq" kimi özünü tanıtdırmağa çalışan Nərmin Şahmarzadə isə ümumiyyətlə, meqaaktivlik nümayiş etdirmişdilər.

 

Gərçi N.Şahmarzadə həmişəki kimi, "18+" tipli paylaşımlar edərək aksiyaya qatılmışdısa, R.Məmmədova aksiyada polisləri aşağılamağa çalışır, aşkar tərbiyəsizliyə və xuliqanlığa yol verir, var gücü ilə çalışırdı ki, ona güc tətbiq olunsun.

 

Yəni bu adamlar açıq-aşkar provokasiyalar edirdilər.

 

Bütün bunlarla yanaşı, təbii ki, AXCP sədri və bloqer Əli Kərimli "aksiya"dan kənar qala bilməzdi. O, "8 Marş"ı dərhal dəstəklədi, paylaşımlar etdi, özünü qadın hüquqlarının müdafiəçisi kimi göstərməyə çalışdı.

 

Yalançılığı və ikiüzlülüyü həyat tərzinə çevirmiş Ə.Kərimlinin bu davranışı ironikdi: çünki məhz bu adamın sabiq müavini, əslində indi də "sağ əli" olan Fuad Qəhrəmanlı xanımına və iki qızına qarşı vəhşicəsinə davranmışdı.

 

Məhz Fuad Qəhrəmanlı qızının ona nifrət etdiyi, ondan imtina etdiyi atadır.

Və bu adamın "lideri"nin qadın hüquqlarından bəhs etməsi siyasi əxlaqsızlıqdır ki, var.

 

Ə.Kərimli komatoz durumda olan, radikallığın son həddinə çatmış uğursuz siyasətçi olduğundan martın 8-də, Bakının mərkəzində, Fəvvarələr Meydanındakı aksiya cəhdindən dərhal, təcili və təxirəsalınmaz şəkildə faydalanmağa çalışıb.

İndi də çalışır.

Halbuki həmin aksiyada qaldırılan şüarlar, R.Məmmədova və N.Şahmarzadə kimi başabəla "feminist"lərin davranışı tərbiyəsizlik, mənəviyyatsızlıq idi, əxlaqsızlığın təbliği idi.

 

Əsla şübhə etmirəm ki, A.Ələkbərzadə kimi "Kimə istəsəm verərəm!" şüarını söyləyib plakatları tutanlar nə istədiklərini, nə etdiklərini, nəyə qol qoyduqlarını anlamırlar.

 

Onları təhrik edənlər, hazırlayanlar var.

 

Aysel Ələkbərzadə biliksiz, feminizmin nə olduğunu anlamayan xanım, cəmiyyətin hədəfinə bilərəkdən gətirilmiş qurbandır.

 

Onun düşdüyü vəziyyətə görə isə məsuliyyət daşıyacaq şəxslər və təşkilatlar var.

 

Gələk deputatlığa sabiq namizəd, siyasətçi parodiyası olan Rəbiyyə Məmmədovanın "lider"liyi ilə keçirilən aksiyaya.

 

Fəvvarələr Meydanı şəhər sakinlərinin populyar gəzinti məkanlarından biridir.

 

Başda Əli Kərimli olmaqla ölkədəki marginal müxalifətçilər və lümpen siyasətçilər həmişə bu meydana can atıblar, orada aksiya keçirmək istəyiblər. Sadəcə, diqqəti cəlb etmək üçün yox, həm də "genişmiqyaslı etiraz aksiyası" görüntüsü yaratmaq üçün.

 

Siyasi texnologiyaların çox bəsit, hətta primitiv gedişi Əli Kərimlinin illərdən bəri bəslədiyi arzudur: aksiya keçirənlər meydandakı insanların arasına soxulur, gəzişən adamların arasında siyasi şüarlar bağırır, nifrin və lənətləri sıralayırlar. Qanunsuz aksiyanın qarşısını almağa çalışan polis əməkdaşları isə meydanı əhatəyə almaq zorundadır. Axı bu qədər insan arasında kimin adi yoldan keçən və ya gəzişən sakin, kimin də marginal "müxalifətçi" olduğunu dərhal müəyyənləşdirmək, sadəcə, mümkün deyil.

 

Məhz bu səbəbdən də Azərbaycanda "qlamur+pomadalı" femininasizmin aksiyasının rejissorları Fəvvarələr Meydanını seçmişdilər.

Zəriflik və incəlikdən çox uzaq davranışları ilə fərqlənən Rəbiyyə Məmmədova da "Kimə istəyirəm, verirəm!" yazılı plakatın altında bağırır, polisi provokasiyaya çəkirdi.

 

Məqsəd aydınlaşdımı?

 

Müsəlman ölkəsində, ənənəvi postulatların və ailə dəyərlərinin çox möhkəm olduğu cəmiyyətdə həmin dəyərlərə tüpürülür, lənətlər yağrıdırılır.

8 Mart aksiyası feministlərin yürüşü yox, Azərbaycanda can verən radikal müxalifətin hazırladığı, ölkədən çox uzaqda ssenarisinin yazıldığı, iştirakçılarınsa "azad cinsi əlaqə" arzulayaraq seksizm şüarları söylədikləri bir vakxanaliya, əxlaqsızlığın aşkar təbliği idi.

 

Yəni sosial freymlərin, ideoloji axının ifrat dərəcədə primitivləşdirilməsi.

 

G.Mövlud, N.Şahmarzadə, R.Məmmədova və s. bu kimi "mənəvi ana"lar feminizmin siyasi bazisi ilə kapitalını Bakıda aksiya keçirənlərin erotik kapitalına çevirmək istədilər.

 

Təsadüfi deyildi ki, həmin aksiyada ön sırada addımlayanlar arasında Əli Kərimlinin "sağ əli" Fuad Qəhrəmanlının hələlik həyat yoldaşı Zümrüd Yağmur da vardı.

 

Deputatlığa sabiq namizəd Vəfa Nağıyeva isə övlad dünyaya gətirmək əvəzinə "azad seks"ə üstünlük verməyi təbliğ edən plakatı tutmuşdu.

 

Belə sarsaq femininasizmin, seksizmin təbliğatiının feminizmə nə aidiyyatı var - A.Ələkbərzadə kimi qurbanlar anlamayıblar. Onlar hələ də dərk etmirlər ki, feminizm əslində qadın hüquqları uğrunda həyatlarını və illərini qurban vermiş kommunist Sosialist İnternasionalının qəhrəmanlarının ideologiyası idi.

Qadın hüquqlarının təminatı uğrunda mübarizənin siyasi kapitalını "məmədan" şüuru səviyyəsində erotik kapitala döndərənlər həm də pornoqrafiyanın heç də pis olmamasını təbliğ edirlər.

Tragikomediyanın səviyyəsinə baxın ki, Əli Kərimli emansipasiya olunmuş "seksist" feminasistlərin cinsi əlaqə azadlığını tələb edərək qara-qışqırıq saldıqları aksiyada "polis sərt davrandı" yazıb.

 

40 il əvvəl Avropada yaşanan və çoxdan ölən "seksual inqilab" barədə indi xəbər tutanların aksiyası heç bir halda Azərbaycan qadınlarının tələbi deyildi.

 

Nədən ki, yerli pomada feminizmi radikal müxalifətdə küllənənlərin son ümid vasitələrindən biridir.

 

Təsadüfi deyil ki, bir sıra ölkələrdə "rəngli inqilab" ssenarilərini gerçəkləşdirən Corc Soros belə üzdəniraq feminizmin yayılmsına son 25 ildə 3,2 milyard dollar xərcləyib.

 

"Gender bərabərliyi" adı ilə sosial təbliğatlara, xüsusilə postsovet məkanında kosmopolitizm və nihilizmin təbliğatına isə Soros 2,35 milyard sərf edib.

 

Qərb bunu bilir və təsadüfi deyil ki, doğulduğu Macarıstanda Corc Sorosa nifrət edirlər, İsrail isə yəhudi Sorosu ölkəyə buraxmır.

 

Azərbaycanda "gender bərabərliyi" deyənlər əslində qadın və kişi hüquqlarının bərabərliyini təbliğ etmirlər, əsla. Adi cinsi mənsubiyyət kateqoriyalarından fərqli olaraq, "gender bərabərliyi"ndə insanların iki yox, 70 (!) cinsi var: yəni homoseksuallar, biseksuallar, lesbiyanlar, transgenderlər və s.

 

8 Martdakı aksiyanın əsas qayələrindən biri də Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbulda imzalanmış konvensiyasının ölkəmiz tərəfindən tanınması, ratifikasiyası idi.

 

Bilirsinizmi bu sənəd nədir?

 

Doğum şəhadətnaməsində "valideynlər" qrafasında "ata" və "ana" sözlərinin ləğvi, sadəcə, "valideyn" yazılması həmçinin. Axı lesbiyan "ailə"də ata olmur, homoseksual, yəni gey ailədə də "ana".

 

1995-ci ildən BMT-nin Qadınlara qarşı bütün ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinin üzvü, qadın hüquqlarının təminatına çox həssas yanaşan Azərbaycan bu sarsaq sənədi imzalamayıb. Düz də edib, çünki sənəd uzaq perspektivdə Azərbaycanda ailə dəyərlərinin darmadağın edilməsinə yönələ bilər.

 

8 Mart  aksiyası məhz buna görə ölkədə ənənəvi dəyərlərin, ictimai mənəviyyatın, ailə institurunun məhvinə, habelə narkotik maddələrin və fahişəliyin leqallaşdırılmasına yönəlmiş strategiyanın yerli marionetlər tərəfindən təzahürü idi.

 

Primitiv siyasi və ideoloji diversiya cəhdi, ilk baxışda təhlükəsiz görünən diskurslardan "Overton pəncərəsi" modelinə uyğun istifadə niyyəti.

... Aysel Ələkbərzadənin intihara cəhdindən sonra əminəm ki, yerli feminasistlər sosial şəbəkələrdə "İstvik əcinnələrinin şousu" düzənləyəcək, "cəmiyyətin basqısı onu vadar etdi" kimi gəvəzə ifadələri sıralayacaqlar.

 

Halbuki elə həmin femininasistlər siyasətçi olduqlarını iddia edən əxlaqı şikəst marginallarla əl-ələ verib feminizm ideyalarını ölkədə sosial zibilxanaya atdılar.

 

Çünki qadın hüquqlarının təminatı məqsədli aksiyada biədəb və əxlaqsız məzmunlu plakatlar olmamalıydı.

 

Çünki o aksiyanın ön sırasında siyasətə canlı karikaturalar yox, intellektli, dəyanətli, nüfuzlu xanımlar olmalıdı idi.

 

Çünki feminizm Əli Kərimli, Xədicə İsmayıl və ya Nərmin Şahmarzadə səviyyəsinə endirilməməliydi.

 

Elçin Alıoğlu
 

Milli.Az