vaxtdna kenarSORGU Paşinyanın iştirak etdiyi hərbi hissənin yeni yeməkxanasının açılışından diqqətçəkən MƏQAMLAR <font color=red> (FOTOFAKT)</font>

Paşinyanın iştirak etdiyi hərbi hissənin yeni yeməkxanasının açılışından diqqətçəkən MƏQAMLAR <font color=red> (FOTOFAKT)</font>

11 messages.03 01:20 - 2020 Siyasət

8 mart 2020-ci ildə Ermənistan baş naziri silahlı qüvvələrin hərbi hissələrindən birində yeməkxananın açılışında iştirak edib.

 

Buta.ws Ordu.az-a istinadən xəbər verir ki, o, erməni ordusunda hərbçilərin ərzaq təminatı ilə bağlı tətbiq edilən yeni xidmətlə, yəni ərzaq təminatında mülki şirkətlərin cəlb edilməsi üzrə növbəti proses barədə məlumatlandırılıb.

 
Videogörüntüdən qeydə alınan bəzi maraqlı detallar:
 
 
- Adı çəkilən mülki şirkətin rəhbərinin dediklərindən məlum olduğu kimi işğal altında olan Kəlbəcər rayonu istiqamətindəki cəbhə xətti mövqelərinə də qida təminatı üzrə işlər həyata keçirilir. Buna görə də ehtimal edilir ki, hərbi hissə erməni ordusunun 2-ci ordu korpusuna tabe bölmələrdən biridir.


- Hərbi hissə komandiri polkovnik Yeğiyanın məruzəsindən məlum olur ki, hərbi hissə 55-ci əlahiddə motoatıcı təlim briqadasıdır.

- Qida təminatını həyata keçirən mülki şirkətin istismarında olan texnikaların silahlı qüvvələrin vəsaiti hesabına əldə edildiyi və ordunun balansında olduğu qeyd edilir.


- Armavir rayonunda dislokasiya olunan yeməkxana 1200 nəfər üçün nəzərdə tutulub, görüləcək işlər çərçivəsində Hadrutda dislokasiya olunan erməni hərbi bölməsinin 1000 nəfərlik yeməkxanasının təmirinin də nəzərdə tutulduğu qeyd edilir.


- Ermənistan ordusunun balansında olan avtomobillərin seriya nömrəsi “ՊՆ”, işğal edilmiş Qarabağ ərazisində dislokasiya olunan hərbi texnikaların seriya nömrəsi isə “ ՊԲ” olsa da, qida təminatını həyata keçirən və müvafiq mülki şirkətlərin istisamrında olan texnikanın silahlı qüvvələrin balansında olmasına baxmayaraq, seriya nömrələri isə “AS” olaraq qeyd edilib. Bu avtomobillərin üzərində isə “Armenian Army” sözləri yazılıb.



- Nümayiş edilən texnikalardan biri özüyeriyən tırtıllı texnikadır ki, bu da qar şəraitində hərəkət, ərzaq daşıması üçün nəzərdə tutulub. Bildirilir ki, texnika rus istehsalıdır.