SORGU Nazirdən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA - <font color=red> VİDEO</font>

Nazirdən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA - <font color=red> VİDEO</font>

11 Mart 11:04 - 2020 Ölkə

Təhsil naziri Ceyhun Bayramov koronavirusla əlaqədar məktəblərdə tədrisin dayandırılmasının müəllimlərin əməkhaqqına necə təsir edəcəyini açıqlayıb.

 

Buta.ws baku.ws-ə istinadən xəbər verir ki, nazir bildirib ki, bu kimi hallarda işçinin günahı olmadan iş fəaliyyəti dayandırıldıqda qanunvericilikdə işçinin əməkhaqqının ödənilməsi nəzərdə tutulub:

 

"Bunu da qeyd edim ki, işçilərin əməkhaqqının vaxtında hesablanaraq ödənilməsi dövlət başçısı tərəfindən müvafiq orqanlar qarşısında qoyulan ən vacib məsələdir. Ona görə də hesab edirəm ki, onların əməkhaqlarının ödənilməsi ilə bağlı heç bir problem olmayacaq".