SORGU Bakı metrosunda əməliyyat <font color=red> - Saxlanılan var</font>

Bakı metrosunda əməliyyat <font color=red> - Saxlanılan var</font>

11 messages.03 13:05 - 2020 Ölkə

Paytaxt polisi tərəfindən cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslərin müəyən olunaraq tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri diqqət mərkəzindədir.

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Buta.ws-ə verilən məlumata görə, BŞBPİ, Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də metronun "28 May" metrostansiyasında A.Ə-nın içərisində 80 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 55 yaşlı A.Niyazov tutulub.

 

Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir, onun digər analoji əməllərdə iştirakı istisna olunmur.