vaxtdna kenarSORGU Duman olacaq, külək əsəcək - <font color=red> HAVA PROQNOZU</font>

Duman olacaq, külək əsəcək - <font color=red> HAVA PROQNOZU</font>

11 messages.03 13:18 - 2020 Ölkə

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Buta.ws-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-8, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.