KESDEN GELIR IF OLAN HISSE
SORGU Gənc icra başçısı vətəndaşlarla görüşdü

Gənc icra başçısı vətəndaşlarla görüşdü

11 messages.03 16:50 - 2020 Ölkə

Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov vətəndaşlarla və Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirib.

 

Buta.ws xəbər verir ki, vətəndaşlarla qəbul zamanı Qarabağ müharibəsi veteranı, II və III qrup əlilləri, şəhid ailələri, təqaüdçülər və Ağdam rayon məcburi köçkünləri öz problemlərini səsləndiriblər.

 

Vətəndaş problemlərinin həllinin araşdırılması aidiyyatı üzrə yerli icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və digər qurumlara yönləndirilib. Həmçinin, Ağsaqqallar Şurasının üzvləri ilə də görüş keçirilib. Görüş zamanı rayonda baş verən proseslər müzakirə olunub və ümumi problemlər qeydə alınaraq həlləri haqqında fikirlər irəli sürülüb.

 

Qeyd edək ki, 5-9 mart 2020-ci il tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinə ümumilikdə 90-a yaxın müraciət daxil olub.