vaxtdna kenarSORGU Həyat yoldaşının xəyanətini tutan azərbaycanlı müğənni: <font color=red> Gecə saat 3-də... - FOTO</font>

Həyat yoldaşının xəyanətini tutan azərbaycanlı müğənni: <font color=red> Gecə saat 3-də... - FOTO</font>

11 messages.03 17:26 - 2020 Maqazin

Aynur Dadaşova "Şou ATV"də uzun illər səhnədən uzaq qalmağının əsl səbəbini açıqlayıb.

 

Buta.ws Milli.Az-a istinadən xəbər verir ki, həyat yoldaşının müğənniyə efir qadağası qoyulduğu söz-söhbəti yayılsa da, Aynur bunu təkzib edib:

 

"Bir dəfə gecə saat 3-də cənub bölgəsindən toydan gəldim. Yəni, toy bitincə, yol gəlincə saat 3 olmuşdu. Evə girdim oğlum mənim əllərimi özünə sıxıb "Mama, getmə də toya" dedi. Mən də bir ana kimi fikirləşdim ki, evdə bəlkə uşağı incidiblər. Pis təsir elədi. Amma çox da yorulmuşdum. Bütün günü el məclislərində, konsertlərdə. İndi elə bilirsən Aynur dincəlir?! Vallah, 1 saat istirahət etməyə vaxtım yoxdur".

Xatırladaq ki, Aynur Dadaşova keçən ilin noyabrında həyat yoldaşından 2 il əvvəl ayrıldığını etiraf etmişdi. Müğənni ayrılığa xəyanətin səbəb olduğunu "Ayrılmağımıza səbəb xəyanət oldu. Xəyanəti bağışlamıram, artıq 2 ildir! Dəfələrlə xəyanət etdi, bağışladım. Artıq 2 ildir subayam. Bu vaxta kimi bunu niyə gizlətdiyimi deyim: çünki çəkinirdim ki, insanlar barəmdə artıq söz deyərlər. Bizim sənətdə özünüz bilirsiniz ki, biri yaxşı baxır, biri pis baxır. İstəmirsən ki, kimsə sənə yaxınlaşıb artıq bir söz desin. Saf bir ailəmin olmağını istədim. Düzgün insan üçün canımı da verərəm. Mən xəyanətini tutanda məni sudurqa tutdu. Özümü və övladlarımı fikirləşdim. Düşündüm belə bir hal bir də keçirtsəm, mən ölə bilərəm" sözləri ilə açıqlamışdı.