SORGU ÜST koronavirusu pandemiya elan etdi

ÜST koronavirusu pandemiya elan etdi

11 Mart 21:32 - 2020 Dünya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. 

 

Buta.ws Oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus keçirilən mətbuat konfransında bildirib.

 

Məlum olduğu kimi, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Artıq epidemiya 121 ölkədə qeydə alınıb.

 

Son rəqəmlərə görə, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.