vaxtdna kenarSORGU Dollar almaq istəyən vətəndaşlar bir-birlərini əzdi - <font color=red> Video</font>

Dollar almaq istəyən vətəndaşlar bir-birlərini əzdi - <font color=red> Video</font>

11 messages.03 22:44 - 2020 Cəmiyyət

Banklarda valyuta mübadiləsi ilə bağlı ajiotaj davam edir.

 

Bizimyol.info xəbər verir ki, əhali dünya bazarında neftin qiymətinin ucuzlaşması nəticəsində devalvasiyanın olacağını düşünüb banklara axışır.

 

Belə hallardan birinə Ağcabədidə rast gəlinib. Belə ki bir qrup şəxs "Kapital Bank"ın Ağcabədi filialından dollar almaq üçün hətta bir-birlərini əzərək içəri girmək istəyib.

 

Kütləvi şəkildə içəri buraxılmayan sakinlər bankın qapısında izdiham yaratdı.

 

Ortaya çıxan görüntünü ətrafda olanlar videoya çəkərək qəhqəhə ilə qarşılayıblar.