SORGU TƏBİB İtaliyadan qayıdan tələbələrlə bağlı məlumat yaydı <font color=red> - RƏSMİ</font>

TƏBİB İtaliyadan qayıdan tələbələrlə bağlı məlumat yaydı <font color=red> - RƏSMİ</font>

11 Mart 23:48 - 2020 Ölkə

İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Buta.ws-ə verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar.

 

Bildirilib ki, onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb:

 

“Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcək”.