SORGU "İlham Əliyev gəncliyin ən böyük dostu və himayədarıdır"

"İlham Əliyev gəncliyin ən böyük dostu və himayədarıdır"

12 Mart 00:05 - 2020 Siyasət

Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlardan söz açan dövlət başçısı yürütdüyü tam müstəqil siyasətin bundan sonra da davam edəcəyini və ölkəmizin daha da qüdrətlənəcəyini söylədi. Amma bu işdə gənclərin də öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmələri vacibdir: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.

 

Cənab İlham Əliyevin çıxışlarında söylədiyi kimi gənclər  milli ruhda tərbiyə almalı, vətənpərvərlik ovqatında olmalı, təhsilə çox böyük fikir verməli, peşəkar və fəal olmalı, xalqının maraqlarını hər şeydən üstün tutulmalı və dövlət maraqları, milli mənafeyi, müstəqilliyi layiqincə qorumalıdır.

 

Gənclər əmindirlər ki, Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt, parlaq gələcəyə qovuşacaq və bu yolda bir vətəndaş olaraq onlar həmişə öz liderlərinin yanında olacaqlar.

 

Çünki İlham Əliyevin siyasəti ölkəmizin təbii sərvətlərinin insan kapitalına çevrilməsinə, dövlətin dayanıqlı inkişafına yönəlib. Gənclərin ən böyük xoşbəxtliyi, ən dəyərli sərvəti məhz Azərbaycanın müstəqilliyi, sabitliyi və tərəqqisidir.

 

Göründüyü kimi, Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Hər gün, hər addımda şahidi oluruq ki, Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşib.

 

Öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclər Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi və onun siyasətinin davamçılarıdırlar.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın öz fəaliyyəti zamanı Azərbaycan gəncliyinə göstərdiyi qayğını

 

İndi isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın öz fəaliyyəti zamanı Azərbaycan gəncliyinə göstərdiyi qayğı barədə bəzi məqamlardan söz açaq. Yeri gəlmişkən, bu günlərdə televiziya verilişlərindən birində qeyd edildi ki, Mehriban Əliyevanın bir ictimai-siyasi xadim kimi fəaliyyəti başdan-başa uşaqlara və gənclərə qayğı nümunəsini yaratmaqdan ibarətdir. Bu fikir çoxsaylı faktlara və güclü məntiqə əsaslansa da, deməliyik ki, xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin böyük bir hissəsi gənclərlə bağlıdır.

 

Yeniyetmə və gənclərlə aparılan işlər həm də Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Fondun və onun prezidenti Mehriban xanım Əliyevanın gənclərə olan qayğısı, onların respublikamızın layiqli vətəndaşı olmaları üçün görülən işlər və xüsusilə kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

 

Mehriban xanım Əliyevanın YUNESKO xətti ilə reallaşdırdığı tədbirlər də gənclərimizin mənəvi-estetik tərbiyəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. “Şirvanşahlar Saray Kompleksi”nin, YUNESKO-nun “Dünya irs siyahısı”na salınması, həmin siyahıya sonradan Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi təkcə dövlətçilik və milli mənafe baxımından deyil, həm də gənc nəslin müasir tələblərə cavab verən səviyyədə formalaşdırılması baxımından mühüm önəm daşıyır. Yəni bu faktlar hər bir gəncin dünənimizlə, keçmişimizlə fəxr etməsinə və sabaha ümidlə baxmasına zəmin yaradır.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi qurumun həyata keçirdiyi bütün tədbirlərdə yetişməkdə olan nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır. “Gənc nəslə qayğı göstərmək, onların problemlərini həll etmək, istedad və qabiliyyətlərini üzə çıxararaq inkişaf etdirmək tək dövlətin və ya hansısa qurumun vəzifəsi deyildir. Bu, bizim hər birimizi hər gün narahat etməli olan məsələyə, gündəlik fəaliyyətimizin bir hissəsinə çevrilməlidir” – deyən xanım Əliyeva adı çəkilən istiqamətdə həyata keçirdiyi tədbirlərlə sadəcə bütün insanlara nümunə göstərir. Heydər Əliyev Fondunun reallaşdırdığı istənilən möhtəşəm proqramın mahiyyətinə varanda, orada ilk növbədə gəncliyə qayğı məsələsinin ən qabarıq şəkildə özünü göstərdiyinin şahidi oluruq. Ona görə də Heydər Əliyev Fondunun ölkədə sağlam, kamil və bilikli gənc nəsil yetişdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə söz açmaq istəyirdik. Ancaq ötən ayın əvvəlindən Azərbaycanda 2007-ci ilin Gənclər İli elan edildiyinə görə bu yazını da bilavasitə həmin kontekstdə qələmə aldıq.

 

Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.

 

Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir. İlham Əliyev Gənclərin Azərbaycan cəmiyyətində rolu çox böyükdür.

 

Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan da, bu müstəqilliyi bərpa edən də gənclər olmuşlar. Müstəqilliyimizin ilk illərində, çox ağır illərdə gənclər həmişə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün çalışmışlar.

 

Biz bu gün güclü dövlət qururuq. O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Gənclər gələcəkdə ölkəmizi idarə edəcək. Ölkəmizin taleyi gənclərdən asılı olacaq. Bizim gənclərimizin fəaliyyəti, baxışı və fikirləri gələcəkdə ölkəmiz üçün həlledici olacaq.

 

Azərbaycan əsrlər boyu müstəqillikdən məhrum olmuşdur. Xalqımız müstəqillik arzuları ilə yaşamışdır. Bu, tarixi bir şansdır ki, bizə verildi. Sovet İttifaqının dağılmasını heç kim təsəvvür edə bilməzdi. Hətta böyük dövlətlərin analitik mərkəzlərində də belə ssenari nəzərdən keçirilmirdi. Bu fürsət bizə verildi və bu məsuliyyət bizim üzərimizdədir. Biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.

 

Ona görə son 20 il inkişaf, sabitlik dövrü olmuşdur. Bu dövr ərzində Azərbaycan dünya miqyasında, bir daha demək istəyirəm ki, çox güclü dövlətə çevrilmişdir. Bizim ordumuz güclü ordular sırasındadır. Mənim təhlilimi beynəlxalq qurumlar da təsdiqləyir.

 

Biz bu illər ərzində enerji siyasətində tarixi layihələrə imza atdıq, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdik. Hazırda “Cənub” qaz dəhlizini icra edirik. Bu da bizim təşəbbüsümüzdür. Özü də 1994-cü ildə “Əsrin kontraktı” imzalananda əlbəttə ki, bizim iqtisadi və siyasi vəziyyətimiz indiki kimi deyildi. Bizə hər tərəfdən təzyiqlər göstərilirdi və o vaxt iqtisadiyyatımız demək olar ki, dağılmış vəziyyətdə idi. Ancaq Heydər Əliyevin güclü iradəsi, cəsarəti və gələcəyə olan baxışları bunu mümkün etmişdir. Biz bu illərdə iqtisadi şaxələndirmə ilə məşğul olmuşuq. Amma bu sahə ilə yenə də məşğul olmaq lazımdır. Ancaq bir çox məsələləri həll edə bilmişik. Azərbaycan indi kosmik dövlətə çevrilibdir. Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası - bütün bunlar ölkəmizi gücləndirir.

 

Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır. Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq.

 

Əlbəttə ki, iqtisadi sahədə ciddi islahatların aparılmasına çox böyük ehtiyac var. Bu islahatlar başlayıb və dərinləşəcək. Biz çalışmalıyıq və əminəm, buna nail olacağıq ki, Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatlarından fərqlənməsin, o səviyyədə olsun. Çünki gərək bütün mexanizmlər, bütün meyarlar bu tələbləri ehtiva etsin.

 

Bizim çox güclü intellektual potensialımız var, coğrafi vəziyyətimiz çox əlverişlidir. Bu gün Azərbaycan tranzit ölkə kimi artıq dünya miqyasında böyük hörmətə malikdir. Siz də yəqin izləyirsiniz ki, tranzit yollar artıq Azərbaycandan keçir. Digər üstünlüklərimiz var. Azərbaycanda savadlılıq 100 faizdir. Bu da bizim böyük sərvətimizdir. Ona görə mən ölkəmizin uğurlu inkişafına nəinki inanıram, əminəm ki, belə də olacaq.

 

Növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaqdır. Birinci mərhələdə, 1990-cı illərin əvvəllərində biz tənəzzülün qabağını almalı idik və almışıq. Bundan sonra Heydər Əliyev neft strategiyasının icrası nəticəsində böyük layihələrə nail ola bilmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum bizə çox böyük imkanlar yaratdı. Neft Fondu yaradıldı. Azərbaycan böyük həcmdə nefti ixrac etməyə və gəlir əldə etməyə başlamışdır. Biz gəliri də ölkəmizin inkişafına yönəltdik. Bölgələrdə, Bakıda yeni infrastruktur layihələri həyata keçirildi, məktəb binaları, xəstəxanalar tikildi, yəni, infrastruktur tamamilə yeniləndi. Hələ ki, görüləsi işlər çoxdur. Amma infrastruktur layihələrinin böyük hissəsi artıq reallaşıb. Buna biz vəsait sərf etdik ki, gələcəkdə neftdən asılılığı daha da azaldaq.

 

İndiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq. Onlar nəyin hesabına inkişaf edirlər? İnkişaf etmiş ölkələrdə, onların böyük əksəriyyətində neft-qaz yoxdur. Onların böyük şirkətləri var. Onlar gedib xarici ölkələrdə neft-qaz hasil edirlər və öz büdcələrinə vergi ödəyirlər. Onlar nəyin hesabına inkişaf edirlər? Ancaq texnologiya, bilik və savad hesabına.

 

Bu gün əlbəttə ki, dünyada bizdən qat-qat çox neft hasil edən, ixrac edən ölkələr var. Ancaq onlar da texnologiyaları Qərbdən alırlar. Bu, bu günün reallıqlarıdır. Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu, olacaq.

 

Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir.

 

Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır. Yəqin, biz hamımız və balaca uşaqlar, tələbələr də tez-tez eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri buna öyrəşir, amma doğrudan da budur əsas. Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək. Neftlə, qazla zəngin olan ölkələr bundan sonra da texnologiyalar alacaqlar. Xarici şirkətlər gəlib onlar üçün infrastruktur yaradacaqlar və s. Amma nə vaxtsa bu neft, qaz qurtaracaq. Ondan sonra nə olacaq?!

 

Biz gələcəyə bax, bu prizmadan yanaşmalıyıq. Uzunmüddətli strategiyamızı müəyyən edirik, edəcəyik. Neftdən asılılıq tamamilə aradan götürülməlidir. Biz iqtisadi islahatlar, sahibkarlığın inkişafı, şəffaflığın hesabına buna nail oluruq və olacağıq. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi əlbəttə ki, bütün bu işlərdə fəal rol oynamalıdırlar. Mən buna əminəm ki, belə də olacaq və gənclərdən fəallıq gözləyirəm. Cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu var. Biz çalışmalıyıq ki, bütün qüsurları aradan götürək və hər sahədə ədalət tam təmin edilsin. Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə də, siyasətdə də, hər sahədə olmalıdır.

 

Belə olan halda ölkəmiz uzunmüddətli inkişafa nail olacaq. Mən demişəm, bizim müstəqilliyimiz əbədidir. Amma biz gərək müstəqilliyi möhkəmləndirək. O qədər müstəqil ölkə var ki, müstəqil siyasət apara bilmir. Yəni, müstəqillik şərti xarakter daşıyır. Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas səbəbi də odur ki, biz həmişə özümüzü ləyaqətlə aparırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqlarını müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar. O təzyiq mexanizmləri də çox primitivdir. Burada da hesab edirəm ki, bu təzyiqləri edənlər bir balaca gərək innovasiyalara şərait yaratsınlar, yeni bir üsul icad etsinlər. Çünki eyni, şablon ittihamlara artıq heç kim inanmır.

 

Amma bu, bizim iradəmizə əlbəttə ki, təsir edə bilməz. Çünki mən həmişə bu fikirdə olmuşam: əgər hesab edirsən ki, sən düzgün yoldasan, gərək bu yola davam edəsən. Əgər şübhən varsa soruş. Əgər nəyisə bilmirsənsə bunu etmə. Bax, budur mənim yanaşmam və bilirəm ki, biz düzgün yoldayıq. Azərbaycan reallıqları bunu göstərir. Bir çox məsələlərdə Azərbaycan başqa ölkələr üçün nümunədir və bu, bizim töhfəmizdir.

 

Kooperasiya Universitetinin tələbəsi feal gənc Kənan Kərimov