vaxtdna kenarSORGU Azərbaycanın əməkdar artisti vəfat etdi <font color=red> - FOTO</font>

Azərbaycanın əməkdar artisti vəfat etdi <font color=red> - FOTO</font>

12 messages.03 09:47 - 2020 Ölkə

Əməkdar artist Adil Zeynalov vəfat edib.

 

Buta.ws xəbər verir ki, bu barədə APA-ya aktyorun oğlu Ağakərim Zeynallı məlumat verib. 

 

A. Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada mədəaltı vəzin iltihabından dünyasını dəyişib. O, Lənkəranda dəfn ediləcək.

 

Qeyd edək ki, A. Zeynalov 20 fevral 1960-cı ildə Lənkəranda doğulub. O, 1978-1983-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Komediya Aktyorluğu fakultəsində təhsil alıb. Xalq artisti Yaşar Nurinin yetirməsi olub. Onun 40 ilə yaxın əmək fəaliyyəti əsasən Lənkəran Dövlət Dram Teatrı ilə bağlı olub. Bu teatrın səhnəsində Adil Zeynalov bir-birindən fərqli obrazları məharətlə canlandırıb və rejissor kimi müxtəlif tamaşalara quruluş verib. O, teatrda çalışmaqla yanaşı, “Qətl günü”, “Durnalar qayıtdı”, “40-cı qapı” kimi filmlərdə də rol alıb.