SORGU "Avromed”in rəhbəri vəzifəsindən azad olundu <font color=red> - FOTOLAR</font>

"Avromed”in rəhbəri vəzifəsindən azad olundu <font color=red> - FOTOLAR</font>

12 messages.03 18:59 - 2020 Ölkə

Avromed Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Əzizə Baxşiyeva işdən çıxarılıb.

 

Buta.ws Qaynarinfo-a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. 


"Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın "Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil”, - deyə şirkət bəyan edib.


Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Əzizə Baxşiyevanın həyat yoldaşı Riad Məmmədov saxlanılmışdı. O və saxlanılan digər şəxslər tibbi maskaların real dəyərindən dəfələrlə artıq qiymətə satışını həyata keçirməyə cəhd edib.


Deputat Cavanşir Feyziyevə məxsus olan "Avromed Company” QSC dərman biznesi ilə məşğuldur.