SORGU 60 il bir yerdə yaşamış cütlük eyni gündə koronavirusdan vəfat etdi

60 il bir yerdə yaşamış cütlük eyni gündə koronavirusdan vəfat etdi

13 messages.03 08:28 - 2020 Dünya

İtaliyada 60 il bir yerdə yaşamış cütlük iki saat fərqi ilə eyni gündə SARS-CoV-2 koronavirusundan vəfat edib.

 

Buta.ws Oxu.az-a xəbər verir ki, bu haqda onların oğlu xəbər verib.

 

86 yaşlı Luici Karrara və 82 yaşlı Severa Belotti Berqamo bölgəsinin Albino şəhərində yaşayırdılar. Bir həftə evlərində yüksək temperaturla yatdıqdan sonra  cütlük xəstəxanaya yerləşdirilib.

 

Martın 10-u saat 09:15-də Severa, 11:00-da isə Luici vəfat edib.

 

Luka adlı oğulları karantin səbəbindən valideynləri ilə ölüm qabağı görüşə bilməyib.

 

“Sənin yaxınların tək qalır, sən isə onlarla heç vidalaşa, qucaqlaşa, təsəlli verə bilmirsən”, - deyə Luka məyus halda etiraf edib.

 

Qeyd etmək lazımdır ki, o həyat yoldaşı və iki uşağı ilə birgə karantinə yerləşdirilib.