vaxtdna kenarSORGU Birinci sinfə qəbul üçün məktəb seçiminə başlanıldı

Birinci sinfə qəbul üçün məktəb seçiminə başlanıldı

13 messages.03 11:35 - 2020 Ölkə

Bu gündən 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün məktəb seçiminə başlanılıb.

 

Buta.ws xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

Elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər.

 

Qeyd edək ki, birinci sinfə qəbul prosesi 14 sentyabr 2020-ci il tarixədək davam edəcək.

 

Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər müvafiq Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.