VAR Yeni seçilən deputatlara vəsiqələri təqdim edilib

Yeni seçilən deputatlara vəsiqələri təqdim edilib

13 Mart 12:56 - 2020 Siyasət

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni seçilən deputatlara vəsiqələri təqdim edilib.

 

Buta.ws Trend-ə istinadən xəbər verir ki, vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.

 

MSK sədri çıxış edərək bildirib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib:

 

"Proseslər tamamilə başa çatıb, siz fəaliyyətə başlamısınız. Sizə uğurlar arzu edirik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq da bu gün sizlərə vəsiqələr təqdim edilir. Sizi ürəkdən təbrik edirəm".