KESDEN GELIR IF OLAN HISSE
SORGU İtaliyada təhsil alan tələbə: <font color=red> Hər yer bağlanıb, Azərbaycana qayıtmağı gözləyirik</font>

İtaliyada təhsil alan tələbə: <font color=red> Hər yer bağlanıb, Azərbaycana qayıtmağı gözləyirik</font>

13 messages.03 12:58 - 2020 Dünya

İtaliyada koronavirusa görə əksər obyektlər bağlanıb.

 

Buta.ws xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İtaliyanın Roma şəhərindəki Sapienza universitetinin tələbəsi Turanə Hüseyn deyib.

 

Hazırda Romada olan tələbə xanım bildirir ki, koronavirusa görə Romada tam karantin elan olunub:

 

"Hər yer bağlanıb, bütün mağazalar, kafe-restoranlar, iri ticarət mərkəzləri hamısı qapanıb. Bütün təhsil müəssisələrində dərslər dayandırılıb, əhalinin küçələrə səbəbsiz çıxması qadağan edilib. Hazırda market və aptekdən başqa heç yer işləmir. Dərslər onlayn qaydada keçirilir".

 

T.Hüseyn bildirib ki, insanlar market və ya aptekə gedərkən bir-biriləri ilə məsafəli ünsiyyətdə olurlar:

 

"Aptek və marketlər günün müəyyən saatlarında işləyir. Yəni istədiyimiz vaxt istədiyimiz market və aptekə gedə bilmərik. Ora da növbə ilə buraxırlar. İnsanlar əvvəlcə xüsusi təlimatlandırılır, nə məqsədlə hara getdiyi öyrənilir, bunun üçün təlimat sənədləri, blanklar doldurulduqdan sonra növbəlilik əsasında küçəyə çıxmağa icazə verilir. Market və aptekə gedərkən insanlar arasında məsafə saxlamaq zəruri hesab edilir və xüsusi tapşırılır. İş yerləri tam olaraq dayanıb".

 

Tələbə xanım bildirib ki, ölkəmizə qayıtmaq üçün Azərbaycanın İtaliyadakı Səfirliyinə müraciət edib:

 

"Müraciət etmişik ki, qayıtmaq istəyirik. Diasporadan bizimlə əlaqə saxlayıb qeydiyyata alıblar. Gözləyirik ki, təxliyə barədə bizə məlumat versinlər".

 

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 15 113 nəfərə çatıb. Ölənlər isə 1016 nəfərdir. Xəstəlikdən sağalanların sayı 1258 nəfər təşkil edir.