vaxtdna kenarSORGU Azərbaycan sərhədinə 400 milyard çəyirtkə gəlir... <font color=red> - Koronavirusdan daha böyük TƏHLÜKƏ! (VİDEO)</font>

Azərbaycan sərhədinə 400 milyard çəyirtkə gəlir... <font color=red> - Koronavirusdan daha böyük TƏHLÜKƏ! (VİDEO)</font>

13 messages.03 16:47 - 2020 Ölkə

Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir.  Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli olduğunu vurğulayıb.

 

Ekoloq Telman Zeynalov Redaktor.az-a açıqlamasında çəyirtkələrin Azərbaycan ərazisinə də hücumunun mümkün olduğunu qeyd edib:

 

"Onlar üçün sərhəd qoyulmayıb. Hara gəldi keçə bilərlər. İndi hər yer quraqlıqdır, ona görə çöl çəyirtkələri də yem axtarırlar. Azərbaycandan da keçə bilərlər. Amma heç bir qorxusu yoxdur".

 

Çəyirtkə hücumunun koronavirusdan daha təhlükəli olması fikrinə də münasibət bildirən ekoloq bildirib ki, deyilən hər sözə  inanmaq lazım deyil:

 

"Kim nə deyirsə, hər sözə qulaq asmayın! Koronavirus bütün dünyanın iqtisadiyyatını çökdürə bilər. Çəyirtkə isə bir sezonluq gəlib, məhsulu yeyib, gedəcək. Qiymətlər qalxa bilər. Əgər çəyirtkələr kənd təsərrüfatı ərazilərinə hücum etsə, çörəyin qiyməti bahalaşacaq. Onlar əsasən taxılı məhv edirlər. Bu isə uzunmüddətli davam edə bilməz, çünki əldə etdikləri qidanı yedikdən sonra, çöl çəyirtkələri özlərinə başqa məkanlar axtarmağa başlayır".