SORGU İranlı general koronavirusdan <font color=red> ÖLDÜ</font>

İranlı general koronavirusdan <font color=red> ÖLDÜ</font>

13 Mart 18:58 - 2020 Dünya

İslam İnqilabı Keşikçiləri Korpusu Generalı (IRGC, İranın hərbi-siyasi elit birliyi) Nasser Şaabani, koronavirus infeksiyasından vəfat edib. Bu barədə İranın "Tasnim News” agentliyi məlumat yayıb.

 

Buta.ws “Ölkə.Az”a istinadən xəbər verir ki, Şaabani IRGC-də 37 il xidmət edib. Generalın ölümü ilə bağlı əlavə məlumat yoxdur.

 

Koronavirus İranın bir sıra yüksək səviyyəli rəsmilərində, o cümlədən İranın Birinci vitse-prezidenti Eskhak Cahangiri, Turizm naziri Əli Əsgər Munesan və ticarət naziri Rezu Rəhmanidə də aşkar edilib.

 

Qeyd edək ki, İranda koronavirus epidemiyası qurbanlarının sayı 514 nəfərə çatıb. Fevralın 19-dan bəri yoluxanların ümumi sayı 11,3 min nəfəri keçib.