KESDEN GELIR IF OLAN HISSE
SORGU Bakıda özünü “Azəriqaz” işçisi kimi təqdim edən dələduz peyda olub, pul yığır <font color=red> - FOTOLAR</font>

Bakıda özünü “Azəriqaz” işçisi kimi təqdim edən dələduz peyda olub, pul yığır <font color=red> - FOTOLAR</font>

13 messages.03 19:42 - 2020 Ölkə

Bakıda özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən dələduz peyda olub və həmin adam mənzilləri gəzərək abonentlərdən müxtəlif bəhanələrlə pul yığır.

 

Buta.ws Virtualaz.org-a istinadən xəbər verir ki, “Azəriqaz” İB-dən verilən məlumata görə həmin şəxs  üzərində “SOCAR” sözü yazılmış xüsusi geyim formasındadır, mənzilləri gəzərək qaz sayğaclarında sızmanın olmasını, sayğacın qüsurla işləməsini və s. səbəblər irəli sürməklə sayğacın dəyişdirilməsi adı ilə abonentlərdən pul yığır.

 

“Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzinə Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski və B.Nuriyev küçəsində yaşayan bir neçə nəfər zəng edərək bu şəxsin onlardan müxtəlif məbləğlərdə - 15, 30 və 50 manat aldıqlarını deyiblər. Məlumat verən vətəndaşlar həmin şəxsin orta boylu, dolu, gözlərinin çəp olduğunu, özünü “Azəriqaz” İB-nin əməkdaşı İlkin Əsgərov kimi təqdim etdiyini bildiriblər. O, əlindəki kitabçaya vətəndaşlardan aldığı pulun məbləği barədə qeydlər aparıb. Bu gün isə həmin dələduz Səbail rayonu ərazisində görünüb.

 

“Azəriqaz” İB abonentlərə müraciət edərək bu cür dələduzlarla bağlı ehtiyatlı olmağa çağırır

 

“Bir daha bəyan edirik ki, hər hansı xidmətə görə hətta Birliyin əməkdaşlarının da mənzildə abonentdən vəsait tələb etməsi qanunsuzdur»,-açıqlamada bildirilir.

 

Bəs necə olub ki, dövlət strukturunun adından açıq-aşkar dələduzluq edən və yaxalanan bu adam yaxalansa da tezliklə azadlığa çıxıb? Və Bakıda eyni əməlləri davam etdirir?

 

Şəxsin fotosunun da yayıldığını nəzərə alaraq gözləmək olar ki, hüquq-mühafizə orqanları tezliklə onu yaxalayacaqlar.