vaxtdna kenarSORGU İran hakimiyyəti bütün ölkə üzrə 1 sutkalıq karantin elan etdi

İran hakimiyyəti bütün ölkə üzrə 1 sutkalıq karantin elan etdi

13 messages.03 19:55 - 2020 Dünya

İran hökuməti bütün ölkə üzrə 1 sutkalıq karantin elan edib.

 

Buta.ws Milli.Az-a istinadən xəbər verir ki, İranda koronavirusla mübarizənin Milli planına uyğun olaraq bütün məktəb və universitetlərin bağlanmasından sonra bütün ölkə üzrə 1 sutkalıq karantin elan edilib.  

 

Qeyd edək ki, İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 514 nəfərə çatıb.

 

Bu barәdә İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәti məlumat verib.

 

Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 85 nəfər dünyasını dəyişib.

 

Cahanpur әlavә edib ki, ötәn sutkada 1289 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb.

 

Cahanpur deyib ki, ümumilikdə 11 364 nəfər bu virusa yoluxub.

 

Nazirlik rәsmisi 3 529 nәfәrin sağaldığını deyib.