SORGU Ağ Evdə təcili toplantı: Trampın əllə görüşdüyü adamda virus aşkarlandı <font color=red> - VİDEO</font>

Ağ Evdə təcili toplantı: Trampın əllə görüşdüyü adamda virus aşkarlandı <font color=red> - VİDEO</font>

13 Mart 20:34 - 2020 Dünya

Koronavirus təkcə əhalinin aşağı təbəqəsini cənginə almır. Xeyli məşhur da virusa yoluxub.

 

Buta.ws Bizimyol.info xəbər verir ki, Braziliya prezidenti Jair Bolsonarudan götürülən test müsbət nəticə verib. Dövlət başçısının koronavirusa yoluxduğu aşkarlanıb. Amma Braziliyada rəsmi açıqlama verməyə tələsmirlər.

 

Məsələnin maraqlı tərəfi Bolsonarunun ABŞ prezidenti Donald Trampla görüşməsi, onun əlini sıxmasıdır. İndi əsas sual odur ki, Amerika prezidenti virusa yoluxub, ya yox? Tramp bu haqda danışaraq ciddi narahatlıq keçirmədiyini bildirmişdi. Amma son dəqiqələrdə Ağ Evin təcili toplantı çağırdığı məlum olub. Təxminən üç saat sonra bununla bağlı rəsmi mövqe bildiriləcək.

 

ABŞ-da virusa yoluxanların sayı sürətlə artır. Son bir sutkada daha 135 virus daşıyıcısı ortaya çıxıb. Ümumi say 1832-yə çatıb. ABŞ-da 41 nəfər virusdan həyatını itirib.

 

Braziliyada indiyə qədər koronavirusdan ölən olmayıb. Cəmi 151 nəfər virusa yoluxub.