vaxtdna kenarSORGU Dövlət qulluğuna qəbul imtahanı da ləğv edildi

Dövlət qulluğuna qəbul imtahanı da ləğv edildi

13 messages.03 22:53 - 2020 Ölkə

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib.

 

Buta.ws xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.


Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən, qeyd olunan imtahanın keçirilməsi təxirə salınıb.

 

Qeyd edək ki, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.