SORGU Konor Makqreqorun xalası koronavirusdan öldü

Konor Makqreqorun xalası koronavirusdan öldü

14 Mart 10:32 - 2020 Dünya

İrlandiyalı qarışıq döyüş növləri döyüşçüsü Konor Makqreqorun xalası koronavirusdan vəfat edib.

 

Buta.ws oxu.az-a istinadən xəbər verir ki, bu barədə idmançı özünün "Instagram" hesabından açıqlayıb.

 

O bildirib ki, xalası Ennin ölümü barədə Dublinin mərkəzindəki bir studiyada ianə elan edəcəyi vaxt öyrənib.

 

"Mənim yazıq xalam. Anamın bacısı. Bu axmaq, lənətə gəlmiş virus... Nələr baş verir?" - deyə Makqreqor yazıb. 

 

Bundan başqa, idmançı hər kəsə virusa yoluxmamaq üçün əl və üzün gigiyenasına diqqət etməyə çağırıb.