SORGU "Dostlarımı, yaxınlarımı da ona qurban verdim" - <font color=red> Oksana</font>

"Dostlarımı, yaxınlarımı da ona qurban verdim" - <font color=red> Oksana</font>

14 Mart 13:47 - 2020 Maqazin

"Ailə quranda sənətdən soyuyursan. Həyatımda elə bir dönəm oldu ki, dedim, mənə sənət lazım deyil. Əsas ailəmdir, mənə o, lazımdır".

 

Buta.ws axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Şən bazar" verilişində qonaq olarkən deyib. Sənətçi şəxsi həyatından, oğlu Osmandan və başına gələnlərdən bəhs edib:

 

"Ailəm üçün hər şeyi qurban verdim: dostlarımı, yaxınlarımı, sənətimi. Ətrafıma qədər ona qurban verdim. Dedim, hər şey bunun olsun, təki hər şey sən istədiyin kimi olsun. Bunu qarşı tərəf yox, mən istəyirdim. Amma layiq olduğun dəyəri sənə verməyəndə anlayırsan. Düşünürsən ki, bu qədər qurban ver, itir, amma nəticə... İnanın, elə bir mərhələ idi ki, valideynin verdiyi məsləhətdən də uzaq olurdum.

 

Hamıda belə olmur. Bəzən bu qurbanlar dəyir. Elə cütlüklər var, bunu anlayır, amma azdır. Hər dəfə ayrılıq görəndə ürəyim dağılır. Heç kimi yox, həmin an övladı fikirləşirəm".