SORGU Mübariz Mənsimovun azadlığa buraxılması ilə bağlı xəbərə

Mübariz Mənsimovun azadlığa buraxılması ilə bağlı xəbərə AÇIQLAMA

22 Aprel 22:07 - 2020 Ölkə

"Mübariz Mənsimovun azadlığa buraxılması yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır".

 

"Ölkə.Az" xəbər verir ki, bu fikirləri sosial şəbəkədə "Palmali" Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yazıb:

 

"Bir daha xahiş edirik ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamayın. Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın".

 

Qeyd edək ki, Mübariz Mənsimov FETÖ təşkilatının (Fətullah Gülənin terror təşkilatı) fəaliyyətinin araşdrırılması çərçivəsində İstanbulda həbs edilib.Türkiyə hakimiyyətinə yaxın olan “Sabah” qəzetinin məlumatına görə, biznesmen FETÖ-nün top-menecerləri  Akın İpek, Suat Yıldırım, Süleyman Uysal ilə yaxın əlaqələrdə ittiham olunur.

 

İstintaq həmçinin M.Mənsimovu təşkilatın rusiyalı imamı Əhməd Hamdi Vural ilə əlaqələrdə ittiham edib.