KESDEN GELIR IF OLAN HISSE
SORGU Təhsil naziri mühüm əmr imzaladı

Təhsil naziri mühüm əmr imzaladı

18 messages.05 16:43 - 2020 Gündəm

Təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının, 16 mart 2020-ci il tarixli 1/384 nömrəli və 2 may 2020-ci il 10/541 nömrəli məktublarında verilən tapşırıqların icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5 bəndini rəhbər tutaraq əmr imzalayıb.

 

Buta.ws xəbər verir ki, əmrdə deyilir:

 

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törətə biləcəyi fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci 00:00-a qədər uzadılması nəzərə alınaraq 4-31 tarixlərində Təhsil Nazirliyi Aparatının Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonda yerləşən strukturuna daxil olan qurumlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumlarının, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın İdarəetmə Qrupunun fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işç