Sui-qəsd cəhdinə məruz qalan Slovakiya Baş naziri Robert Fitso Bratislavada ev şəraitində müalicə olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Pravda” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, vəziyyəti son günlər xeyli yaxşılaşan Fitso helikopterlə Bratislavaya aparılıb.
Onun Bratislavadakı evində mühafizənin xeyli gücləndirildiyi bildirib.
Hökumət başçısının Banska-Bistritsadakı xəstəxanadan evə köçürülməsi onun təkidi ilə həyata keçirilib.
Qeyd edək ki, mayın 15-də Handlova şəhərində R.Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub.
- Messinin varisi o oldu
- Dünyanın ən varlı 10 insanı açıqlandı
- Norveçdə Rusiya gəmisinə həbs qoyuldu
- Venesuelada seçkilərin keçirilməsini istəyirik, lakin... - Tramp
- Papua-Yeni Qvineyada güclü zəlzələ oldu
- İranda toy mərasiminə zərbə: ABŞ araşdırma aparır
- Bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırıq - Katz
- ABŞ şirkətləri Venesuela ilə milyardlarla dollarlıq saziş imzaladı