Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qəbulunda insident yaranıb.
BUTA.TV xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, hadisə Goranboy rayon Nərimanlı kənd icra nümayəndəliyində baş verib.
Belə ki, vətəndaş qəbulu zamanı binanın qarşısında səs-küy eşidilib. İcra başçısının qəbuluna düşə bilməyən Zeynallı kənd sakini, 1990-ci il təvəllüdlü S.M. Məhərrəm Quliyevin 17 iyulda Nərimanlı kənd icra nümayəndəliyində qəbul keçrildiyini öyrənib.
O, bir litrlik qabda benzin ilə icra nümayəndəliyinin inzibati binasına yaxınlaşıb. Qapının qarşısında duran mühafizəçiyə rayon rəhbərliyinin qəbuluna gəldiyini, içəri buraxılmayacağı halda özünü yandıracağını deyib.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
S.M. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs hadisəni içkili halda törədib.
Məhkəmənin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib. İnzibati qaydada tutulmuş S.M. məhkəmə iclas zalından dərhal azad olunub.
- İki maşın toqquşdu: ölənlər var - Video
- Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirdi
- 1 meyit başı üçün 7650 manat ödənilir - Video
- Xızı–Altıağac yolu çökdü: AAYDA-dan reaksiya - Video
- Xocavənd sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Xanım deputatımızın bu çıxışı tənqid edildi - Video
- Bu həftə ardıcıl 3 gün iş olmayacaq
- Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi