ABŞ-ın Nyu-York şəhərində məşhur “Times Square” meydanında 8 Noyabr - Azərbaycanın Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, layihə Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
AAYF-in sədri Leyla Aslanovanın təşkilatçılığı ilə toplanan ABŞ-da təhsil alan azərbaycanlı gənclər meydanı ziyarət edən turistləri və yerli amerikalıları Azərbaycanın tarixi Zəfər günü barəsində məlumatlandırıblar.
Həmyerlilərimiz Azərbaycanın üç rəngli bayrağı ilə “Yaşasın Azərbaycan”, “Zəfər Bayramın mübarək Azərbaycan” şüarları səsləndiriblər. Meydanı ziyarət edən turistlər Azərbaycan bayrağı ilə fotolar çəkdiriblər.
Habelə, “Times Square” meydanında nəhəng led ekranlarda Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub.
Bundan başqa, üzərində “8 Noyabr Azərbaycanın Zəfər Günüdür!” şüarı və Azərbaycanın Zəfər rəmzi hesab olunan Xarıbülbülün əks olunduğu led ekranlı avtomobil meydanın ətrafında hərəkət edib və 42-ci küçədə dayanıb. Məlumatlandırma aksiyası səhər saatlarına qədər davam edəcək.
- Rusiya və Azərbaycan Xəzərlə bağlı saziş imzalaya bilər
- Samirə Bayramova İrəvan limanında niyə qalıb? – Açıqlama
- Türkiyənin Rusiya və İranla “3-lü formatı” tarixə qovuşdu
- Azər Qasımlı barədə qərar verildi
- Gəncədəki partlayış səsləri ilə bağlı daha bir rəsmi açıqlama
- Statistika Şurasının yeni tərkibi təsdiqləndi
- ABŞ səfiri Gəncədə: onların xatirəsini yad etdi
- Seyfəli poliqonu ətrafındakı partlayışla bağlı müraciət