Son illər “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Bu kimi təşkilatların kredit faizləri və şərtləri zaman-zaman vətəndaşlar tərəfindən etirazla qarşılanırdı. Ödənişlərin qaytarılmasında ciddi problemlər yaranırdı.
BUTA.TV Milli.az-a istinadən xəbər verir ki, artıq məsələyə ciddi nəzarət olunacaq və bank olmayan kredit təşkilatlarının fəaliyyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” əsasında təşkil olunacaq.
Bundan sonra “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə biləcəklər. Gündəlik faiz dərəcəsi isə maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox.
Borcun qaytarılma müddəti də 45 gün olacaq.
Ən problemli məsələlərdən biri isə gecikdirilmiş borclarla bağlı idi. Bu məsələ də öz həlini tapıb.
Qeyd olunub ki, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.
- Əsəd İran və Rusiyanı şantaj edir
- Əli Kərimliyə bu cəza verildi
- Kadırov azərbaycanlı blogerə söz verdi: Toyunda... - Video
- İrəvan azərbaycanlıların hüquqlarını təmin etməlidir - XİN
- Türkiyə hərəkətə keçdi, ASO bu şəhəri aldı - Nə baş verir?
- İran bu ölkəyə ordu yeridir? – Təcili
- Kobaxidze niyə bir sözlə Tiflisi qarışdırdı? Nə baş verir?
- Tiflisdə çevriliş cəhdi: AB bütün gücünü işə salacaq