Bu barədə yaxşı heç nə deyə bilmərəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Qarabağdan könüllü olaraq gedən ermənilərin qayıdışı haqqında danışarkən deyib.
“Siz məndən ermənilərin Qarabağda yaşaması barədə soruşursunuz. Biz bu barədə ermənilər orada yaşadığı zaman danışmışıq. İndi isə qayıdış hansı şərtlərlə olacaq? Hər hansı bir muxtariyyət şərtləri iləmi? Yoxsa, sadəcə Azərbaycan vətəndaşları kimi, amma məktəblərdə erməni dilini öyrənmək imkanı olan şəxslər kimi? Belə bir imkan mövcud idi.
Dağlıq Qarabağ nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə birbaşa danışıqları məsələsi 2021-2022-ci illərdə müzakirə olunmuşdu. Amma bütün bu imkanlar konkret dairələrin səyləri ilə yoxa çıxdı. İndi, baş verənlərdən sonra qayıdış haqqında danışmaq mənasızdır”, - deyə Mirzoyan qeyd edib.
- Rusiya NATO-ya hücum edə bilərmi? - Tramp açıqladı
- BMT yeni dünya xəritəsi ilə bağlı səsvermə keçirəcək
- Tramp: Bəzi ölkələrlə ticarət dayandırıla bilər!
- Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır+Video
- İran mülki obyektləri də hədəf aldı - Qətər
- Özbək gəlin 4 milyon manatlıq qızıllarla yoxa çıxdı
- Sirkdə akrobat tamaşaçıların gözü qarşısında boğuldu - Video
- Zelenski Rusiyaya hücumları dayandırmağa çağırdı