“Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, eləcə də milli və iqtisadi təhlükəsizlik nəzərə alınaraq sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə bir sıra torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması qərara alınıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov dövlət ehtiyacları üçün torpaqların alınmasını və bu prosesə cavabdeh orqanın müəyyənləşdirilməsini nəzərdə tutan qərar imzalayıb.
Bu məqsədlə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 0,49 hektar və Şıxlı Bələdiyyəsinin mülkiyyətində olan 5,53 hektar torpaq sahəsi,
Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 8,27 hektar və Samur Bələdiyyəsinin mülkiyyətində olan 2,752 hektar torpaq sahəsi olmaqla, ümumilikdə 8,76 hektar dövlət mülkiyyətində və 8,282 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.
Qərara əsasən, bu torpaqları alan məsul orqan Dövlət Gömrük Komitəsi müəyyən edilib.
Komitə qeyd olunan torpaq sahələrinin alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirməli və nəticələr barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
- Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq
- Tramp Əliyev haqda: Onunla düşmən olmaq istəməzsiniz - Video
- Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan
- ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı
- Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video
- Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi
- Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı
- MSK Ramil Həsənə görə toplanır: Fəaliyyətinə xitam veriləcək