ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-yə məxsus “Apache” hücum helikopterinin vurulmasına cavab olaraq İrana qarşı hərbi əməliyyatlara başladığını bəyan edib.
“BUTA.TV”nun məlumatına görə, CENTCOM-un sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə İran hədəflərinə qarşı “özünümüdafiə xarakterli” zərbələr endirilir.
Qeyd edilib ki, əməliyyatlar ABŞ Şərq vaxtı ilə saat 17:00-da başlayıb.
Hücumlar ABŞ hərbi helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir və Vaşinqton bunu İranın hərəkətlərinə “mütənasib cavab” kimi qiymətləndirir.
ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlama verib. O, “ABC News”a müsahibəsində bildirib ki, ABŞ helikopterinin vurulmasına cavab verməyin vacib olduğunu düşünür.
“Onlar bizim helikopterlərimizdən birini vurdular və indi biz cavab veririk”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, həyata keçirilən əməliyyatlar sərt və güclü cavab xarakteri daşıyır.
“Axios”un məlumatına görə, ABŞ ordusu Hörmüz boğazı ətrafında yerləşən bəzi İran hava hücumundan müdafiə sistemləri və radar obyektlərinə zərbələr endirib.
Nəşrə danışan ABŞ rəsmiləri əməliyyatların, əsasən, İranın hava müdafiə infrastrukturuna yönəldiyini deyiblər. Hücumların miqyası və nəticələri barədə rəsmi məlumat verilməyib.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu