Taksilərə sərnişinləri mindirib düşürmək üçün müxtəlif ərazilərdə 2-3 dəqiqəlik şərait yaradılması təklif edilir.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
O qeyd edib ki, müxtəlif ərazilərdə, o cümlədən sosial obyektlərin qarşısında sərnişinlərin taksidən minib düşməsi üçün şərait yoxdur, taksi cərimələnməmək üçün gedib 200-300 metr kənarda saxlamaq məcburiyyətində qalır:
"Bu, həm də sərnişinlər üçün çətinlik yaradır. Qocalar var, uşaqlar var, xəstə olan insanlar var. Ona görə də taksilərə sərnişinləri düşürüb mindirmək üçün 2-3 dəqiqəlik şəraitin yaradılması məqsədəuyğun olardı".
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama