İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində HƏMAS hərəkatının əsas batalyonlarından birinin komanda mərkəzi və bölmənin qərargahı da daxil olmaqla, əsas obyektlərini nəzarətə götürüb.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

“188-ci briqadanın əsgərləri “Zeytun” batalyonunun əsas obyektlərinə, o cümlədən “Qəzza şəhəri” briqadasının komanda mərkəzinə və batalyonun mərkəzi qərargahına nəzarəti ələ keçirib”, - məlumatda deyilir.

Qeyd edilir ki, “Zeytun” batalyonu anklavın şimalında Qəzza şəhərində fəaliyyət göstərən HƏMAS-ın əsas batalyonlarından biridir.

Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu