Noyabrda ayında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara yenidən baş cəkiblər.
BUTA.TV xəbər verir ki, bunu BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb.
“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - o deyib.
- Əliyevlə Ərdoğan Bişkekdə qol-qola... - Video
- Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
- Toy mərasiminə hücum: ABŞ cəzalanacaq - Əzizi
- Ermənistanda eks-naziri yatağından məhkəməyə belə apardılar - Video
- 1652-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Bu həkimlər 3 min manat əməkhaqqı alacaq
- İranda dəhşət: Maşını mitinq iştirakçılarının üstünə sürdü
- ABŞ-nin bu ölkələrdəki hərbi bazaları vuruldu - Yenilənib