Bəzi ölkələrin diplomu Azərbaycanda tanınmırsa, deməli, universitet akkreditasiyasız olub.
BUTA.TV xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib. O qeyd edib ki, akkreditasiyasız universiteti həmin dövlətin özü tanımır.
“Gürcüstan universitetlərinin nəzdində fəaliyyət göstərən proqramların Azərbaycanda tanınması normaldır. TKTA-da akkreditasiyalı universitetlərin siyahısı olur. Biz əyani və qiyabi təhsili tanıyırıq. Distant təhsildə tanınmada müəyyən çətinliklər yaranır. Tövsiyə olunur ki, təhsil ya əyani, ya da qiyabi seçilsin”, - deyə o əlavə edib.
Sədr müavini eyni zamanda diplomların tanınma müddətinə də toxunub. O bildirib ki, əvvəlki dövrdədiplom tanınma müddəti uzun idi:
“İndi isə 12 iş günündə cavab verilir”.
Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar