Türkiyənin vitse-prezidenti Fuad Oqtay Azərbaycanın Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.

Bu barədə BUTA.TV-a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Qəhrəmanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.