Hərbçilərimiz cəbhədə qadınları qoruyurlar – Putin
Ukraynada xüsusi hərbi əməliyyat zonasında olan hərbçilərimiz rusiyalı qadınlara minnətdardır və onlara qayğı ilə yanaşırlar.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bilirəm ki, cəbhədə olan hərbçilər qadınlarını təbrik edir, onlara qayğı ilə yanaşır və ehtiyacı olanlara göstərilən yardıma görə çox minnətdardırlar”, - Putin bildirib.