Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

BUTA.TV xəbər verir ki, hadisə axşam saatlarında Aran qəsəbəsi yaxınlığında baş verib.

Avtomobil yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Aran qəsəbə sakini olan piyada Sahib Mayıl oğlu Novruzovu vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı araşdırma başlanıb.