Polşadan Ukraynaya təklif: Öz qırıcılarımızı verək!
Polşa özünün MiQ-29 qırıcılarını Ukraynaya verməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda deyib.
"Hərbi Hava Qüvvələrimizin xidmətində olan işlək MiQ-29 təyyarələrini təhvil verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək, çünki hazırda Ukraynada bunları idarə edə biləcək pilotlar var”, - dövlət başçısı bildirib.
Duda Ukraynaya gələcəkdə F-16 qırıcılarının da veriləcəyinə əmin olduğunu söyləyib.